Obama açıqladı: 2030-cu ildə Marsa insan göndərəcəyik

12 Oktyabr 2016 03:34 (UTC+04:00)

ABŞ Prezidenti Barak Obama CNN-ə açıqlamasında maraqlı fikirlər səsələndirib. O bildirib ki, "2030-cu ildə Marsa insan göndərə bilmək üçün özəl şirkətlərlə əməkdaşlıq edirik."

Ağ Ev rəhbəri bildirib ki, əsas hədəf insanların fəzada uzun müddət qala bilməsidir: "Marsa getmək üçün hökumət özəl şirkətlərlə əməkdaşlıq etməlidir. Biz bu sahədə önəmli məsafə qət etmişik. İki il sonra özəl şirkətlər ilk dəfə Beynəxalq Kosmik Stansiyasına astronavt göndərəcək. Sonrakı addım isə dünyanın orbitindən kənara çıxmaq olacaq".