"Mən "Real"da oynayan ilk türk futbolçu olmaqdan şərəf duyuram"
2 İyun 2011 14:03 (UTC+04:00)
İspaniyanın "Real Madrid" futbol klubunun türk əsilli alman futboçusu Məsut Özil, kral klubunda oynayan ilk türk olması ilə fəxr edir. Siasport.az saytı xəbər verir ki, türk əsilli futbolçu, kral klubunda əsas heyətdə yer ala bilmək üçün var qüvvəsi ilə çalışacağını, oynayacağı futbolla bundan sonra da ona etimad göstərən insanların üzünü ağ edəcəyini dilə gətirib:
"Mən "Real"dakı rəqabəti heç dilə gətirmək də istəmirəm. Burada dünyanın ən yaxşı futbolçuları toplaşıb. Onlar elə futbolçulardır ki, hər gün, hər saat öz üzərlərində çalışmaqla böyük rəqabətə hazır olmağa çalışırlar. Belə bir komandada daima əsas heyətdə yer almaq çox məsuliyyətli və çətin işdir. Burada Joze Maurinyo kimi dünya səviyyəli məşqçinin rəhbərliyi ilə işləməkdən, Ronaldo və Kaka kimi, eləcə də klubdakı digər tanınmış futbolçular kimi dəyərli insanlarla bir yerdə oynamaqdan, ən əsası isə "Real"dakı ilk türk futbolçu olmaqdan şərəf duyuram"-deyə M.Özil fikrini tamamlayıb.