Berti Foqts Aqil Məmmədovu milliyə dəvət edib

1 İyun 2011 13:12 (UTC+04:00)

Avro-2012-nin seçmə mərhələsi çərçivəsində iyunun 3-də Qazaxıstan, iyunun 7-də isə Almaniya yığmaları ilə qarşılaşacaq Azərbaycan milli komandasına daha bir futbolçu çağırılıb. Siasport.az saytı xəbər verir ki, baş məşqçi Berti Foqts "Bakı" klubunun üzvü olan qapıçı Aqil Məmmədovu millinin düşərgəsinə dəvət edib.