Oktyabrın 9-da İstanbulda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın görüşü olub. Görüş zamanı Azərbaycan və Türkiyə prezidentləri ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinin müxtəlif sahələrdə, o cümlədən siyasi, iqtisadi, enerji, nəqliyyat və digər sahələrdə u
ğurlu inkişafından məmnunluq ifadə etdilər. Dövlət başçıları əlaqələrimizin bütün sahələrdə bundan sonra da genişlənəcəyinə əminliklərini bildirdilər.
Söhbət zamanı münasibətlərimizin perspektivləri ətrafında fikir mübadiləsi aparıldı.Sonra dövlət başçıları birgə şam etdilər.