Çeçenistanda polis ilə silahlı şəxslər arasında atışma olub

9 Oktyabr 2016 11:22 (UTC+04:00)

Çeçenistanın Qudermesk rayonunda polis əməkdaşları ilə silahlı şəxslər arasında atışma baş verib. SİA xəbər verir ki, bu barədə "RİA Novosti"yə hüquq-mühafizə orqanlarındakı mənbə xəbər verib. "Qudermesk rayonunu Enqel-yurt və Gerzel yaşayış məntəqələri arasında polis postları qurulub.

Polis əməkdaşları postun yaxınlığından keçmək istəyən iki avtomobili saxlayaraq onları yoxlamaq istəyiblər. Lakin bu zaman avtomobillərdəki şəxslər polisə atəş açıblar" – deyə mənbə bildirib. O, qeyd edib ki, bu zaman polis əməkdaşları da silahlılara atəş açıblar.

Nəticədə 7 silahlı öldürülüb. Məlumatda bildirilir ki, zərərsizləşdirilmiş silahlıların sayı hadisə yerində təhqiqatlardan sonra məlum olacaq.

Atışma zamanı 4 polis əməkdaşı da yaralanıb.