Xəzər rayonunda 1 nəfər balıqçı dənizdə batıb

9 Oktyabr 2016 07:04 (UTC+04:00)

Bakı şəhəri, Xəzər rayonunda 1 nəfər balıqçının dənizdə batması barədə məlumat daxil olub. Bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytında məlumat yerləşdirilib. Xəbərə görə, dərhal nazirliyin Dövlət Sularda Xilasetmə Xidmətinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunub və vətəndaşın axtarışına başlanılıb. İctimaiyyətə əlavə məlumat veriləcək.