Futbol üzrə Azərbaycan yığmasının müdafiəçisi Maksim Medvedev DÇ-2018-in seçmə mərhələsi çərçivəsində bu gün Norveçə qarşı keçiriləcək oyun öncəsi fikirlərini bölüşüb:
"Yaxşı hazırlaşmışıq. Oyunun vacibliyini başa düşürük. Tsiklə yaxşı başlamışıq. Eyni tempdə davam etmək istəyirik. Əlbəttə, Norveç San Marino deyil. Amma biz istənilən rəqibə qarşı oynaya bilərik. Azarkeşlərimizi sevindirmək, qələbə qazanmağa davam etmək istəyirik".