Azərbaycan - Norveç: Bilet satışı davam edir

7 Oktyabr 2016 11:52 (UTC+04:00)

DÇ-2018-in seçmə mərhələsi çərçivəsində oktyabrın 8-də, saat 20:00-da, Bakı Olimpiya Stadionunda keçiriləcək Azərbaycan – Norveç oyunu üçün bilet satışı davam edir. SİA-nın məlumatına görə, biletləri 28 Mall Ticarət Mərkəzində, Bakcell Müştəri Xidmətləri mərkəzində (metronun Sahil stansiyasının yaxınlığı), Bakı Olimpiya Stadionunun və "Bakcell Arena"nın kassalarında əldə etmək mümkündür. Həmçinin biletlərin "online" satışı www.tickets.affa.az saytında da həyata keçirilir.

Qarşılaşmanın biletlərinin qiyməti:

1-ci kateqoriya - 2 AZN

2-ci kateqoriya - 1 AZN

VİP - 10 AZN