NATO açıqladı: İraqda İŞİD-ə qarşı savaş aparmayacağıq

6 Oktyabr 2016 01:05 (UTC+04:00)

NATO-nun Baş katibi Yens Stoltenberq İraqda İŞİD-ə qarşı aparılan əməliyyatlara qatılmayacaqlarını açıqlayıb. Axar.az xəbər verir ki, Stoltenberq yerli qüvvələrə təlim verməkdə davam edəcəklərini bildirib: "NATO əməliyyatların bir parçası olmayacaq. Biz yalnız təlim veririk və getdikcə bunu artıracağıq. Çünki uzun müddət ərzində NATO-nun əməliyyat planı hazırlamasındansa, yerli qüvvələrin və İraq ordusunun əməliyyatlara başlaması daha məqsədəuyğundur. İraq ordusu, peşmərgə qüvvələri ABŞ və digər koalisiya qüvvələrinin dəstəyi ilə Mosul əməliyyatına hazırlaşır".