Neft bahalaşıb

5 Oktyabr 2016 09:57 (UTC+04:00)

Dünya bazarında neftin qiyməti artıb. SİA RİA Novosti-yə istinadən xəbər verir ki, "qara qızıl" ın qiymətinin artmasına ABŞ-ın neft ehtiyatlarının azalması barədə məlumat olub.Belə ki, Brent markalı neftin bir bareli i 0,85% artaraq 51.30 dollar, , WTI markalı neftin bir bareli isə 0,94% artaraq 49.15 dollar olub. Amerika Neft İnstitunun məlumatına görə, ötən həftə ABŞ-ın neft ehtiyatları 7,6 milyon barel azalıb. İndi investorlar Energetika Nazirliyindən rəsmi statistika gözləyir.