Azarkeş avtomobil, 2 jurnalist isə notbuk qazandı-FOTOSESSİYA

25 May 2011 10:32 (UTC+04:00)
NBC Bank Azərbaycan kubokunun \"İnter\" - \"Xəzər Lənkəran\" final oyunundan sonra uduşlu lotereya keçirilib. Siasport.az saytı xəbər verir ki, azarkeşlər arasında keçirilən lotereyada \"Renault Azərbaycan\" şirkətinin təqdim etdiyi Renault Logan avtomobilini Müşviq Süleymanov qazanıb. Bundan əlavə azarkşlər arasında DVD pleyer, televizor və Mobitel zəmanətli Nokia X6 telefonunun uduşu keçirilib.
Qeyd edək ki, jurnalsitlər arasında keçirilən loteriyada isə iki həmkarımız notbuk qazanıb.