İstanbulun "Qalatasaray" futbol klubu rəhbərliyinin transfer işləri çox sürətlə genişlənməyə başlayıb. Siasport.az saytı xəbər verir ki, rəhbərlik bir yandan Londonda "Çelsi"nin forvardı Didye Droqbanın transferini həll etməklə məşğuldur, bir yandan da futbol üzrə İtaliya milli komandasının və "Yuventus" futbol klubunun qolkiperi Canluici Buffonun da transferini həll etməyə yaxındır. Artıq italyan qolkiperin meneceri ilə təmasa keçən "Qalatasaray" klubunun nümayəndələri, demək olar ki, onunlarla ilkin razılıq da əldə ediblər. Məlumata əsasən təcrübəli əlcək ustası da "Qalatasaray"da forma geyməyə müsbət yanaşır. İndi bütün diqqətlər Londonda D.Droqbanın transferinin nə ilə nəticələnəcəyinə yönəlib. Klub rəhbərliyi Londonda "Çelsi"nin forvardını transfer edib qurtara bilsə, o zaman növbədə italyan qolkiperin transfer məsələsi dayanır.