Hiddink: “Arda həm Türkiyə üçün, həm də “Qalatasaray” üçün dəyərli simadır”

21 May 2011 11:46 (UTC+04:00)

Türkiyə millisinin çalışdırıcısı Quus Hiddink Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Belçika matçı öncəsi heyətini bu gün açıqlayacaq. Siasport.az saytı xəbər verir ki, Super Liqada "Qalatasaray"-"Konyaspor" matçını canlı izləyən təcrübəli mütəxəssis oyun sonrası mətbuat konfransında jurnalistlərin "Heyətdə kimlər olacaq?",- sualına "Gənc və təcrübəlilərin sintezi olan bir heyət yığacağıq. 27 nəfərdən ibarət olacaq heyət gənclərdən və təcrübəlilərdən qurulacaq", -deyə cavab verib.

Mütəxəssis fikirlərinə bunları əlavə edib: "Hamidin və Nurinin "Real"a transferi bizi yalnız sevindirə bilər. Bəlkə də Hamid üçün çətin olar "Real"da oynamaq. Amma yenə də bu, bizi sevindirir".

"Qalatasaray və Arda haqqında da danışan holland baş məşqçi deyib: "Arda mövsüm boyunca həm zədələr, həm də sıxıntılar yaşadı. Buna baxmayaraq, həm Türkiyə üçün, həm də "Qalatasaray" üçün dəyərli simadır".