Respublikamızın torpaq və iqlim şəraiti əksər bitkilərin becərilməsi və onlardan yüksək məhsul alınmasına böyük imkan verir. SİA-nın məlumatına görə, bitkinin köklənməsi qışda uzun müddətə əmələ gəlir. Bunun üçün son zamanlar bir çox boy maddələri sintez olunub. Bizim məqsədimiz bitkiçiliklə məşğul olan insanlara boy maddələrindən düzgün istifadə qaydasını göstərməkdir.
Bitki hormonları – bitkinin bütün inkişafına və ya hansısa hüceyrələrinə təsir edir. Bu maddələr cüzi miqdarda sərf olunaraq, bitkilərin boy və inkişafını nizamlamağa imkan yaratmaqla bərabər onların müxtəlif iqlim şəraitinə davamlılığının və məhsuldaqlığının artmasına səbəb olurlar.
Odur ki, yeni boy maddələrinin sintezi və onların əksər bitkilərdə tədbiqi aktuallıq kəsb edir. Neft əsaslı birləşmələrin stimullaşdırıcı qabiliyyəti məlumdur. Bu xassə C12-C18 tərkibli neft turşularına aid edilir. AMEA-nın akademik Y.H.Məmmədəliyev adına Neft Kimya Prossesləri İnstitutunda neft turşularının yüksək dərəcədə təmizlənməsinin həyata keçirilməsini nəzərə alaraq, ilkin olaraq neft turşuları əsasında stimullaşdırıcıların alınması istiqamətində işlər aparılır.
Bu turşular əsasında sintez olunan stimulaşdırıcılar kitabda göstərilən əksər bitkilər üzərində tədbiq olunur.
Park və bağların, küçə yaşıllıqlarının daha gözəl görünməsi ağac və kollarla bərabər çiçəklı bitkilərindən də asılıdır. Bundan başqa bir çox çiçəkli bitkilər xalq təsərrüfatının müxtəlif sahələrində efir yağları, rəng, boyaq, dərman və s. almaq məqsədi ilə də əkilib becərilir.
Oxuculara təqdim olunan bu kitab dekorativ ağacları, gülləri və otaq bitkilərini becərmək istəyənlər üçün nəzərdə tutulub.