Son günlərdə İspaniya mətbuatı Həmid Altıntopun "Real Madrid"ə keçəcəyi ilə bağlı xəbərləri səngitmir. Siasport.az saytı xəbər verir ki, "Bayern Münhen"nin Rusiyanın "Zenit" kulubu ilə oynayacağı yoldaşlıq görüşü üçün Sankt-Peterburqa klub ilə birgə gedən Həmid Altıntop hava limanında KİV-in mühasirəsinə düşüb. Jurnalistlərin ""Real Madrid"lə görüşləriniz nə yerdədir?",-sualına Həmid "Biletimin üstündə Sankt-Peterburq yazılıb",- deyə sualdan yayınıb.