Bu gün sükut günüdür

25 Sentyabr 2016 09:14 (UTC+04:00)

Konstitusiyaya əlavə və dəyişikliklərlə bağlı sentyabrın 26-na təyin olunmuş referendumla əlaqədar bu gün - sentyabrın 25-i Azərbaycanda sükut günüdür. Seçki Məcəlləsinə əsasən, səsvermə günü və ondan əvvəlki gün təşviqat aparmaq qadağan edilir. SIA-nın xəbərinə görə, verir ki, Mərkəzi Seçki Komissiyası tərəfindən referendumun keçirilməsi ilə bağlı təsdiq edilmiş Təqvim Planına əsasən, referendumqabağı təşviqat sentyabrın 3-də başlayıb, sentyabrın 25-i saat 08:00-da başa çatıb. Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi məqsədi ilə ümumxalq səsverməsi (referendum) keçirilməsi haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, ümumxalq səsverməsi (referendum) 2016-cı il sentyabrın 26-da keçiriləcək.