Körpüdən yıxılan şəxs ölüb

24 Sentyabr 2016 12:12 (UTC+04:00)

Bakı şəhərində körpüdən yıxılan şəxs ölüb. SİA-nın DİN-in saytına istinadən verdiyi məlumata görə, sentyabrın 24-də Bakı şəhər sakini Xalid Zairov sərxoş vəziyyətdə Xətai rayonunun Babək prospektindəki körpüdən yıxılaraq avtomobil yoluna düşüb. O, xəstəxanaya aparılarkən yolda ölüb.

Faktla bağlı araşdırma aparılır.