Xam neft hasilatı 636,5 min ton olub

23 Sentyabr 2016 17:20 (UTC+04:00)

Avqustda SOCAR üzrə xam neft hasilatı 636,5 min ton olub. Keçən ay ümumilikdə Azərbaycanda isə 3 milyon 491,3 min ton neft hasil edilib.

SOCAR-dan SİA-ya verilən məlumata görə, bu ilin yanvar-avqust aylarında SOCAR üzrə neft hasilatı 5 milyon 57,3 min ton, Azərbaycanda isə ümumilikdə 30 milyon 191,1 min ton olub.