"Bakı" klubuna Peşəkar Futbol Liqası tərəfindən çempionluq kuboku təqdim olunacaq

17 May 2011 10:48 (UTC+04:00)

2010/2011-ci il mövsümü əvəzedici heyətlər arasında Azərbaycan çempionu olmuş "Bakı" klubuna Peşəkar Futbol Liqası tərəfindən çempionluq kuboku təqdim olunacaq. Siasport.az saytı xəbər verir ki, bir neçə tur öncə çempionluğunu təmin etmiş paytaxt təmsilçisinə çempionluq kuboku klubun bazasında bu gün keçiriləcək "Turan"la oyundan sonra veriləcək.