"Həmrəy olaq, "HƏ" deyək"! (YENİLƏNİB) FOTOLAR

23 Sentyabr 2016 16:50 (UTC+04:00)

Referendum üzrə "Yeni Azərbaycan" təşviqat qrupu Seçki Qərargahının Yevlax şəhər şöbəsinin Tədbirlər Planına uyğun olaraq Yevlax şəhər stadionun qarşısında seçicilərlə geniş tərkibli görüş keçirib. SİA-nın xəbərinə görə, tədbirdə "Yeni Azərbaycan" təşviqat qrupunun səlahiyyətli nümayəndəsi millət vəkilləri İham Məmmədov, YAP Yevlax rayon təşkilatının Aparat rəhbəri Əli Quliyev, "Yeni Azərbaycan" referendum üzrə təşviqat qrupu Seçki Qərargahının Yevlax şəhər şöbəsinin nümayəndəsi Əminə Əhmədova, ziyalılar, veteranlar, partiya fəalları, gənclər və ictimaiyyət nümayəndələri yüksək əhval-ruhiyyə,böyük mütəşəkkillik və coşqu ilə iştirak edibər.

"Həmrəy olaq, hə deyək!" devizi ilə keçirilən tədbiri giriş sözü ilə Seçki Qərargahı Yevlax şəhər şöbəsnin sədri müavini Əli Quliyev açaraq iştirakçıları salamlayıb, çox mühüm, məsul kampaniyanın başlanması münasibəti ilə təbrikini bildirib. O, Ulu Öndər Heydər Əliyev siyasi kursunun sədaqətli davamçısı Prezident İlham Əliyevin müdrik rəhbərliyi ilə son 13 ildə qazanılan möhtəşəm uğurlardan, demokratik dövlət qurcçuluğu prosesində geniş islahatlardan, ölkəmizin dünya miqyasında artan nüfuzundan, bütün sahələrdə sürətli tərəqqidən, regionların inkişafı fonunda Yevlaxın da yeni mərhələdəki intibahından, gündən-günə çiçəklənməsindən və gözəlləşməsindən bəhs edib.

Sonra "Yeni Azərbaycan" təşviqat qrupunun səlahiyyətli nümayəndəsi, millət vəkili İlham Məmmədov çıxış edərək bildirib ki, müasir dövrün tələblərinə uyğun, ali qanunlara olunan düzəliş və əlavələrlə ifadə olunan ümumxalq səsvermələri (referendumlar) ölkələrin ictimai, siyasi, demokratik həyatında tarixi hadisə kimi böyük əhəmiyyət daşıyır: "Prezident İlham Əliyevin imzaladığı Sərəncama əsasən 26 sentyabrda keçiriləcək ümumxalq səsverməsi ölkəmizin siyasi həyatına, idarəetmə orqanlarının fəaliyyətinə təsir imkanları baxımından zəruridir və ölkəmizin sürətli tərəqqisinə, insanların daha firavan həyatına dəyərli töhfələrini verəcək".

Onu da qeyd etmək vacibdir ki, təklif olunan 23 dəyişikliyin 16-sı insan hüquq və azadlıqlarının qorunması mexanizminin təkmilləşdirilməsi ilə bağlıdır: "Göründüyü kimi, "Siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır" deyən möhtərəm Prezidentimizin yorulmaz, fədakar fəaliyyətinin,sərəncam və göstərişlərinin əsas meyarı Azərbaycan vətəndaşlarının maraqları, mənafeyi, ölkəmizin dünya miqyasında qüdrətlənməsi, sürətli tərəqqisidir. Yevlaxa və yevlaxlılara daim rəğbətlə, diqqətlə, qayğı ilə yanaşan ölkə Prezidenti cənab İlham Əliyevin fəaliyyətini dəstəkləyən, bütün siyasi kampaniyalarda mütəşəkillik, coşqu və iradə nümayiş etdirən seçicilərin bu siyasi kampaniyada da fəallığına əmin olan İlham Məmmədov bütün seçiçiləri təbliğat kampaniyasında fəal iştirak etməyə səsləyərək uğurlar arzulayıb".

YAP Yevlax şəhər Təşkilatı Qadınlar Şurasının sədri, Seçki Qərargahının Yevlax şəhər şöbəsinin nümayəndəsi Əminə Əhmədova çıxış edərək bildirib ki, ətrafımızda sürətli inkişaf gedir, zaman dəyişir və biz də zamanla birlikdə dəyişirik: "Dövlət və siyasi-ictimai, sosial münasibətlər də inkişaf etdikcə, bu münasibətləri tənzimləyən hüquq normaları da dəyişməli və mövcud şəraitə uyğunlaşdırılmalıdır".

O, Konstitusiyanın 68-ci maddəsində edilən dəyişikliklərə diqqət çəkərək bildirib ki, hər kəsin dövlət orqanlarının ona münasibətdə özbaşınalığı istisna edən vicdanlı davranışına hüququ vardır: "Dövlət, dövlət qulluqçuları ilə birlikdə, dövlət qulluqçularının qanuna zidd hərəkətləri və hərəkətsizliyi nəticəsində insan hüquq və azadlıqlarına dəymiş ziyana görə və onların təminatının pozulmasına görə mülki məsuliyyət daşıyır. Mən sizin hər birinizin 26 sentyabrda seçki məntəqələrinə gəlmiyinizi və seçkilərdə fəal iştirak etmiyinizi istəyirəm".

Təşviqatçılardan Kinyaz Əliyev, İlham Quliyev və başqaları çıxışlarında vurğulayıblar ki, dövlət idarəçiliyinin daha səmərəli və keyfiyyətli fəaliyyətinin təminatına yönələn Konstitusiya dəyişiklikləri dünyanın ən müasir, modern tələblərini özündə ehtiva edir, Azərbaycanın sürətli inkişafına, xalqın daha firavan həyatına hədəflənib.

Natiqlər bildiriblər ki, Prezident İlham Əliyevin bütün təşəbbüslərinin xalq tərəfindən hər zaman dəstəkləndiyi kimi, bu dəfə də xalqımız ölkə başçısının ətrafında olacaq və bu siyasi kampaniyada həmrəylik nümayiş etdirəcək.

Nizami rayonu

Referendum üzrə "Yeni Azərbaycan" təşviqat qrupunun Nizami rayon şöbəsi seçicilərlə növbəti görüşünü keçirib. Tədbirdə çıxış edən "Yeni Azərbaycan" təşviqat qrupunun Nizami rayon şöbəsinin sədri, təşviqat qrupunun səlahiyyətli nümayəndəsi, Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib ki, Azərbaycan Respublikasının Konstitusiyasına təklif edilən dəyişikliklər ölkədə insan hüquq və azadlıqlarının konstitusion təminatının daha da gücləndirilməsinə, demokratik təsisatların fəaliyyətinin və bütövlükdə idarəetmə sisteminin təkmilləşdirilməsinə xidmət göstərir.

Qeyd edilib ki, müstəqil Azərbaycanın ilk Konstitusiyası 1995-ci il noyabr ayının 12-də ümumxalq səsverməsilə qəbul edilib. 5 bölmə, 12 fəsil və 158 maddədən ibarət olan Konstitusiyamıza iki dəfə referendum yolu ilə dəyişikliklər edilib. Birinci dəfə 24 avqust 2002-ci ildə 22 maddəsinə 31, ikinci dəfə isə 18 mart 2009-cu ildə 9 maddəsinə 41 əlavə və dəyişikliklər edilib. Məhz, edilən əlavə və dəyişiklər hər dəfə ölkənin siyasi sisteminin möhkəmlənməsinə, iqtisadiyyatının, sosial münasibətlərin güclənməsinə, insanların hüquq və azadlıqlarının daha etibarlı şəkildə qorunmasına şərait yaradıb.

Çıxış edən YAP Siyasi Şurasının üzvü, Bakı Dövlət Universitetinin "Qafqaz xalqları tarixi" kafedrasının müdiri, "Erməni araşdırmaları" elmi-tədqiqat laboratoriyasının rəhbəri, tarix elmləri doktoru, professor İradə Hüseynova qeyd edib ki, bu gün həm dövlətimizin siyasi-hüquqi və sosial-iqtisadi baxımdan inkişafının sürətli getməsi, həm regionun lider ölkəsi kimi transmilli layihələrin təşəbbüskarı və reallaşdırıcısı kimi qlobal əhəmiyyətli dövlətə çevrilməsi, həm də ölkəmizin böyük dövlətlərin diqqət mərkəzinə gələrək müsbət və mənfi tendensiyaların əsas hədəfinə çevrilməsi Azərbaycanın inkişafını keyfiyyətcə yeni mərhələyə daşıyacaq və təhlükəsizliyini təmin edəcək hüquqi dəyişikliklərin həyata keçirilməsini günün tələbinə çevirir.

İradə Hüseynova Nizami rayon sakinlərini referendumda aktiv olmağa və Referendum Aktı layihəsinin leyihə səs verməyə çağırıb.

Seçicilər adından çıxış edən Tahirə Məmmədova və başqaları bildiriblər ki, onlar dövlətimizin inkişafı, dövlətçiliyimizin möhkəmləndirilməsi üçün uğurlu daxili və xarici siyasət yürüdən Prezident İlham Əliyevin Sərəncamını alqışlayır, dəstəyini ifadə edir və Konstitusiyaya təklif olunan dəyişikliklərə "HƏ" deyirlər.

Ucar rayonu

Referendum üzrə "Yeni Azərbaycan" təşviqat qrupunun üzvləri sentyabrın 26-da Azərbaycan Respublikasının Konstitusiyasına edilməsi nəzərdə tutulan əlavə və dəyişikliklərlə bağlı keçiriləcək ümumxalq səsverməsinin təbliğat-təşviqat kampaniyası çərçivəsində Ucar rayon mərkəzində seçicilərilə görüş keçiriblər. Yığıncağı YAP Ucar rayon təşkilatının sədri Şəhla Abdullayeva açaraq referendumla əlaqədar rayonda görülən hazırlıq işlərindən danışıb.

"Yeni Azərbaycan" referendum üzrə təşviqat qrupunun səlahiyyətli nümayəndələri, Milli Məclisin deputatları Vüsal Hüseynov və Jalə Əliyeva Konstitusiyada əlavə və dəyişikliklərin edilməsinin zamanın vacib siyasi hadisəsi olduğu, Azərbaycan dövlətçiliyinə xidmət etməsi barədə geniş məlumat verərək sentyabrın 26-da Referendum keçirilməsini xalqın iradəsini əks etdirdiyini xüsusi vurğulayıblar.

Yığıncaqda rayon Ağsaqqallar Şurasının sədri Nurəddin Xəlilov seçicilər adından çıxış edərək Konstitusiyada edilən dəyişikliklərin respublikamız üçün geniş şərait yaradacağını qeyd edərək qarşıdan gələn ümumxalq səsverməsində yaxından iştirak edəcəklərini və dəyişikliklərə "HƏ" deyəcəklərini bildiriblər.

Xaçmaz rayonu

Referendum üzrə "Yeni Azərbaycan" təşviqat qrupu Xaçmaz şəhərində seçicilərlə görüş keçirib. Görüşdə Yeni Azərbaycan Partiyası (YAP) Xaçmaz rayon təşkilatının, Yeni Azərbaycan" təşəbbüs qrupunun rayon şöbəsinin sədri Nazim Ağayev, millət vəkilləri İlham Əliyev, Eldəniz Səlimov, Yevda Abramov və digərləri iştirak ediblər.

Görüşdə ilk çıxış edən YAP Xaçmaz rayon təşkilatının sədri Nazim Ağayev bildirib ki, Konstitusiyada yaş senzinin aradan qaldırılması məsələsi nəzərdə tutulan dəyişikliklər gənclər üçün mühüm əhəmiyyət kəsb edir: "Təklif olunan əlavə və dəyişikliklərə əsasən, səsvermə hüququ olan şəxslər seçilmək hüququ qazanacaq. Bu təşəbbüs gənclər üçün çox böyük əhəmiyyət kəsb etməklə yanaşı, ölkəmizdə gənclərə göstərilən diqqətin əsas göstəricilərindəndir. Təklif olunan yeniliklər tək gənclərimizin deyil, ümumilikdə xalqımızın işıqlı gələcəyinə istiqamətlənib. Bu baxımdan hər kəsi səsverməyə çağırıram".

daha sonra çıxış edən millət vəkilləri İham Əliyev, Eldəniz Səlimov, Yevda Abramov ölkə başçısı tərəfindən Konstitusiyaya təklif olunan əlavə və dəyişikliklərin əhəmiyyətindən söz açıblar. Onlar bildiriblər ki, Referendum Aktında yer alan müddəlar həm dövlətimizin həm də xalqımızın gələcək inkişafına istiqamətlənib.

Natiqlər çıxışlarının sonunda seçiciləri sentyabrın 26-da ümumxalq səsverməsinə dəvət edib, təklif olunan əlavə və dəyişiklikləri dəstəkləməyə çağırıblar.

Görüşün sonunda çıxış edən seçicilərkonstitusiya islahatlarını dəstəklədiklərini bildiriblər.

Ağdaş rayonu

26 sentyabr 2016-cı il tarixə təyin olunmuş ümumxalq səsverməsinin təbliğat-təşviqat kampaniyası Ağdaş rayonunda uğurla davam etdirilir. Bu gün Referendum üzrə "Yeni Azərbaycan" təşviqat qrupunun Ağdaş rayon şöbəsinin təşkilatçılığı ilə Ağdaş Dövlət Humanitar Kollecinin stasionunda ağdaşlı seçicilərin mitinqi keçirilib. Mitinqi Yeni Azərbaycan Partiyası (YAP) Ağdaş rayon təşkilatı Gənclər Birliyinin sədri Anar Şahmuradov açaraq ölkəmizin çox mühüm siyasi proses ərəfəsində olduğunu qeyd edib. O bildirib ki, hər kəs bu prosesdə aktiv iştirak edərək öz gələcəyi naminə səs verməlidir.

Mitinqdə millət vəkillləri Elman Nəsirov, Sabir Hacıyev, Cavid Osmanov və Yeni Azərbaycan Partiyası Ağdaş rayon təşkilatı Qadınlar Şurasının sədri Tənzilə Şıxıyeva geniş və əhatəli çıxış ediblər.

İlk əvvəl millət vəkili Elman Nəsirov çıxış edərək Azərbaycan Respublikasının Konstitusiyasına təklif olunan əlavə və dəyişiliklər haqqında seçicilərə əhatəli məlumat verib.

Yeni Azərbaycan Partiyası Ağdaş rayon təşkilatı Qadınlar Şurasının sədri Tənzilə Şıxıyeva ağdaşlıların bütün siyasi kampaniyalarda yaxından iştirak etdiyini qeyd edərək ayın 26-da da bir daha bunu nümayiş etdirəcəyini əminliklə qeyd edib.

Millət vəkili Sabir Haciyev də ağdaşlıları ümumxalq səsverməsində yaxından iştirak etməklə Azərbaycanın davamlı inkişafına və sabitliyinə səs verməyə çağırıb.

Daha sonra söz millət vəkili, Yeni Azərbaycan Partiyası Ağdaş rayon təşkilatının sədri Cavid Osmanova verilib. Cavid Osmanov Azərbaycan Respublikasının Konstitusiyasına təklif edilən əlavə və dəyişikliklər haqqında mitinq iştirakçılarına məlumat verərək onları ümumxalq səsverməsində həmrəylik nümayiş etdirməyə səsləyib.

Samux rayonu

Referendum üzrə "Yeni Azərbaycan" təşviqat qrupunun Samux rayon şöbəsi təbliğat-təşviqat kampaniyası çərçivəsində Samux rayonunda seçicilərlə görüş keçirib. Görüşü giriş sözü ilə açan "Yeni Azərbaycan" təşviqat qrupunun Samux rayon şöbəsinin rəhbəri, Yeni Azərbaycan Partiyası Samux rayon təşkilatının sədri Gündüz Bayramov Referendum Aktı layihəsi haqqında məlumat verib. O diqqətə çatdırıb ki, "Yeni Azərbaycan" təşviqat qrupunun Samux rayon şöbəsi bu prosesdə öz üzərinə düşən vəzifələri layiqincə yerinə yetirir.

G.Bayramov əmin olduğunu bildirib ki, seçicilər ölkəmizin inkişafına xidmət edən Konstitusiya islahatlarını dəstəkləyir, Əsas Qanuna əlavə və dəyişikliklərin edilməsi müsbət qarşılanır: "Yeni çağırışlar və reallıqlar Konstitusiya islahatlarının həyata keçirilməsini zəruri edir və hesab edirəm ki, 26 sentyabr tarixində keçiriləcək ümumxalq səsverməsi bu baxımdan müstəsna əhəmiyyət daşıyır".

Tədbirdə iştirak edən "Yeni Azərbaycan" təşviqat qrupunun səlahiyyətli nümayəndəsi, Azərbaycan Texnologiya Universitetinin İctimai elmlər və multikulturalizm kafedrasının dosenti, ATU YAP ərazi təşkilatının sədri Hüseyn Budaqov bildirib ki, Konstitusiya islahatları milli inkişafa və dövlətin qüdrətinin artmasına xidmət edir: "İlk milli Konstitusiyanın qəbul olunduğu 1995-ci ildən 2016-cı ilə qədər keçən dövrdə Azərbaycan bütün sahələrdə - siyasi, iqtisadi, mədəni, hüquqi və digər sahələrdə inkişaf edib".

İnkişafın yeni şərtlər diktə etdiyini deyən H.Budaqovun sözlərinə görə, inkişafın ortaya çıxardığı çağırışlar və tələblərə adekvat cavab vermək, ölkənin daha optimal və effektli idarəetməsinin təmin olunması, hüquqi sistemin keyfiyyətinin yeni mərhələyə daşınmasını təmin etmək üçün bu dəyişikliklərə ehtiyac yaranır: "Azərbaycan öz milli məqsədlərinə çatmaq üçün islahatlar həyata keçirir və Konstitusiyaya təklif olunan əlavə və dəyişikliklər də bu baxımdan mühüm əhəmiyyət daşıyır. "Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında" Referendum Aktı layihəsində əksini tapan məsələlər sahibkarlıq, insan hüquqları, təhlükəsizlik, idarəetmə və digər sahələrdə müasir dövrün çağırışlarına cavab verən islahatların həyata keçirilməsini təmin edəcək. Bu, sadalanan istiqamətlərdə yeni keyfiyyət dəyişikliklərinin yaranmasına səbəb olacaq".

Natiq diqqətə çatdırıb ki, təklif olunan əlavə və dəyişikliklər hüquqların etibarlı təminatçısı olacaq, idarəetmə sisteminin daha da təkmilləşməsinə mühüm töhfələr verəcək: "Müstəqillik tariximizdəki sayca üçüncü referendum demokratik inkişaf baxımından da müstəsna əhəmiyyət kəsb edəcək, milli gücün artmasında, hüquqi dövlət quruculuğu prosesinin intensiv xarakter almasında xüsusi rol oynayacaq. Vitse-prezidentlik institutunun yaradılması isə Azərbaycanda idarəetmə sahəsində yeni və olduqca vacib hadisədir. Beləliklə, Azərbaycanda yeni effektiv, optimal idarəetmə institutu yaradılacaq. Prezidentlik institutu daha da güclənəcək və idarəetmədə yeni operativ və effektiv mərhələ başlayacaq".

Gəncə Dövlət Universitetinin Azərbaycan tarixi kafedrasının dosenti, GDU YAP ərazi təşkilatının sədri Cavid Bağırzadə isə çıxışında deyib ki, Konstitusiyaya əlavə və dəyişikliklərlə əlaqədar ümumxalq səsverməsinin - referendumun keçirilməsi məhz ölkəmizdə müxtəlif sahələri əhatə edən islahatların məntiqi davamıdır: "Ölkəmizdə bütün sahələrdə həyata keçirilən islahatların əsasında ölkə vətəndaşlarının rahat və firavan yaşayışının təmin olunması məqsədi dayanır. Konstitusiya dəyişiklikləri də inkişafa, sabitliyə və bütövlükdə, ölkənin gələcəyinə xidmət edir. Ona görə də seçicilər görüşlər zamanı bu dəyişikliklərə öz müsbət münasibətlərini ifadə edir, islahatların xalqın və dövlətin maraqlarına xidmət etdiyini əminliklə söyləyirlər".

Tədbirdə çıxış edən seçicilər Konstitusiya islahatlarını dəstəklədiklərini vurğulayıblar.

Nəsimi rayonu

Bu gün Referendum üzrə "Yeni Azərbaycan" təşviqat qrupunun Nəsimi rayon şöbəsi tərəfindən təbliğat-təşviqat kampaniyası çərçivəsində açıq havada rayon seçiciləri ilə görüş keçirilib. Tədbirdə çıxış edən YAP Nəsimi rayon təşkilatının sədri, millət vəkili Məlahət İbrahimqızı bildirib ki, bu gün mövcud iqtidarın monolit birliyi nəticəsində Milli liderimizin qurub-yaratdığı azad, müstəqil, demokratik Azərbaycan onun müəyyən etdiyi strateji xəttlə inamla getməkdə, inkişafını davam etdirməkdədir: "Bu xətti əzmlə irəli aparan isə Ulu Öndərin layiqli varisi, praqmatik dövlət xadimi, dünya miqyasında böyük hörmət və nüfuza malik möhtərəm Prezident İlham Əliyevdir. Prezident İlham Əliyevin qətiyyətli və məqsədyönlü fəaliyyəti nəticəsində Ulu Öndər Heydər Əliyevin siyasi kursunun həyata keçirilməsində, ölkəmizin hərtərəfli inkişafında mühüm uğurlar qazanılmaqdadır. Azərbaycanda baş verən sürətli demokratik dəyişikliklər, vətəndaşların siyasi şüur səviyyəsinin yüksəlməsi, işgüzarlığının artması, şəxsiyyət və dövlət arasında qarşılıqlı əlaqənin köklü surətdə dəyişməsi, vətəndaşların şəxsiyyətinin qorunmasının təmin edilməsi, insan hüquq və azadlıqlarının ali dəyər sayılması, dövlətin hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verməsi keyfiyyətcə yeni səviyyəyə yüksəlmişdir. Bütün bunlar demokratiyanın, iqtisadi-sosial yüksəlişin nəticəsidir. Ölkəmizin davamlı inkişafı, onun ildən-ilə Avropaya və dünyaya inteqrasiya olunması Konstitusiyada bir sıra mütərəqqi dəyişikliklər edilməsi zərurətini yenidən meydana gətirmişdir. Bu məqsədlə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 26 iyul 2016-cı il tarixli sərəncamı ilə "Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikasının Referendum Aktının layihəsi ümumxalq səsverməsinə (referenduma) çıxarılıb".

Millət vəkili M.İbrahimqızı qeyd edib ki, Dövlət başçısının təklif etdiyi referendum aktı layihəsi üzrə edilən əlavə və dəyişikliklər ölkəmizin sivil və modern inkişafına, demokratiyanın dərinləşməsinə, vətəndaş cəmiyyəti və hüquqi dövlət quruculuğu prosesinin güclənməsinə, iqtisadi tərəqqi və sosial-iqtisadi yüksəlişə geniş yol açacaq. Konstitusiyaya prezidentlik institutunun gücləndirilməsi ilə bağlı təklif olu-nan dəyişikliklər ölkədə siyasi sistemin sabitliyinin təmin edilməsinə, dövlət idarə-etmə aparatında səmərəli idarəçilik və çevik qərar qəbul etmə mexanizminin for-malaşdırılmasına xidmət edir. Çevik qərarların qəbul olunaraq icra edilməsi, səmərəli fəaliyyət göstərilməsi, xüsusilə iqtisadi islahatların davamlılığının təmin edilməsi idarəetmədə yeni keyfiyyət dəyişiklikləri yaradacaq".

Tədbirdə çıxış edən "Yeni Azərbaycan" təşviqat qrupunun səlahiyyətli nümayəndəsi, "Yeni Azərbaycan" qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Hikmət Babaoğlu bildirib ki, Referendum Aktının layihəsində vətəndaşları maraqlandıran çoxsaylı məsələlər əks olunub: "Bu layihə geniş spektri əhatə etməklə özündə ən aktual məsələləri cəmləşdirir. Hazırda regionda və dünyada olduqca mürəkkəb proseslər baş verir və bunlar milli dövlətlərin mövcudluğuna ciddi təhdidlər yaradır. Referendum Aktının layihəsində təhlükəsizlik məsələlərinin yer alması milli dövlətimizin təhlükəsizliyinin təmin olunması baxımından böyük əhəmiyyət daşıyır. Məlumdur ki, Azərbaycan hüquqi dövlətdir və ölkə Konstitusiyasının üçdə biri insan və vətəndaş hüquq və azadlıqlarına həsr olunub. Amma o da məlumdur ki, hazırkı mərhələdə bir sıra hallarda hüquqdan sui-istifadə edilməsi halları müşahidə edilir. Bu, təkcə vətəndaşlar səviyyəsində baş vermir, bu cür hallara milli dövlətlərin iradəsinə hüquqdan sui-istifadə edərək təzyiq göstərən ayrı-ayrı mərkəzlər tərəfindən də yol verilir. Məhz hüquqdan sui-istifadəni qadağan edən bir maddənin Azərbaycan Respublikasının Konstitusiyasında öz əksini tapması hüquqi cəmiyyətin inkişafına töhfə verəcək, həm də dövlətin hüquq sistemini yeni keyfiyyət mərhələsinə daşıyacaq".

Tədbir musiqili konsert proqramı ilə davam edib. Tədbirdə 1000 nəfərdən çox seçici iştirak edib.

Səbail rayonu

Referendum üzrə "Yeni Azərbaycan" təşviqat Qrupu Səbail rayon şöbəsi təbliğat-təşviqat kampaniyası çərçivəsində "Bəyoğlan" şadlıq sarayında rayonun Badamdar qəsəbəsinin seçiciləri ilə görüş keçirib.

Yüzlərlə seçicilərin iştirak etdiyi görüşü YAP Səbail rayon təşkilatının sədri, "Yeni Azərbaycan" Təşviqat Qrupunun səlahiyyətli nümayəndəsi, YAP millət vəkili Şəmsəddin Hacıyev yığıncaq iştirakçılarını salamlayaraq, ölkəmiz üçün mühüm əhəmiyyət kəsb edən referendumu Aktı ilə bağlı məlumat verib. O bildirib ki, Konstitusiyaya ediləcək əlavə və dəyişikliklər ölkəmizin ictimai siyasi həyatında çox mühüm əhəmiyyət kəsb edir: "Bu gün Azərbaycan yeni inkişaf dövrünə qədəm qoyub, ölkədə post-sənaye, bilik cəmiyyəti, və biliklərə əsaslanan iqtisadiyyat formalaşır. Bir sözlə, Azərbaycanda yeni müasir cəmiyyət tipi formalaşır".

Ş.Hacıyev onu da qeyd edib ki. Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra milli Konstitusiyanın qəbulu ön plana çəkilib, hazırlanan layihənin cəmiyyətin ən müxtəlif təbəqələrinin iştirakı ilə ümumxalq müzakirəsi aparıldıqdan sonra 12 noyabr 1995-ci ildə müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyası (Əsas Qanunu) qəbul edilib və 27 noyabr 1995-ci ildə qüvvəyə minib. Səlahiyyətli nümayəndə, həmçinin Azərbaycan Respublikasının Konstitusiyasının qəbulundan ötən dövr ərzində artıq iki dəfə - 2002-ci və 2009-cu illərdə ümumxalq səsverməsi ilə bu ali qanunvericilik sənədinə müəyyən əlavə və dəyişikliklər edildiyini də söyləyib: "Ölkənin Əsas Qanununda müvafiq dəyişikliklərin edilməsi obyektiv zərurətdən irəli gəlir və Azərbaycan Respublikasının bəyan etdiyi demokratiyanın inkişafı konsepsiyasına uyğundur. Konstitusiyaya təklif edilən əlavə və dəyişikliklər sosial-siyasi, iqtisadi-hüquqi sahələrdə, o cümlədən, idarəetmədə kompleks islahatları özündə ehtiva edir. Eyni zamanda, Konstitusiya dəyişiklikləri Azərbaycanın gələcəyi, ölkəmizdə idarəetmənin keyfiyyətcə yeni mərhələyə daşınması, insan hüquqlarının daha yaxşı təmin olunması, milli və dövlət təhlükəsizliyi baxımından olduqca əhəmiyyətlidir. Bu dəyişikliklərdə hər bir vətəndaşı maraqlandıran və onun istəklərinə cavab verən müddəalar var".

Səlahiyyətli nümayəndə, həmçinin bildirib ki, ölkəmizdə gənclərə göstərilən diqqət Referndum Aktında da öz əksini tapıb: "Milli Məclisə üzv seçilməklə bağlı yaş həddinin aşağı salınması Azərbaycanda gənclərlə verilən önəmin bariz nümunəsidir. Bu baxımdan gənclər bu dəyişiklikləri qiymətləndirərək, öz gələcək inkişafına səs verməlidir. Hər kəsi Referendum Aktına səs verməyə dəvət edirəm".

"Hər bir önəmli hadisə keçilən yolun təhlilini zərurətə çevirir"- deyən Ş.Hacıyev müstəqil Azərbaycan dövlətinin qurucusu, Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə işlənib hazırlanan Konstitusiyamızın ümumxalq səsverməsi yolu qəbulundan 21 ilə yaxın zaman keçdiyini deyib: "Ölkəmiz bu il dövlət müstəqilliyini yenidən bərpa etməsinin 25 ilini qeyd edəcək. 25 il zaman baxımından qısa dövr olsa da, bu uğurları möhkəm təmələ əsaslanan siyasət şərtləndirir. Ümummilli Liderimiz Heydər Əliyevin düşünülmüş və gələcəyə hesablanmış siyasətinin son 13 ildə möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi bu gün Azərbaycanı inkişaf etmiş ölkələr sırasında görmək hədəfimizə yol açır. Müasirləşmə, yeniləşmə dövlət siyasətinin əsasını təşkil edərək, hər zaman təkmilləşməni bir tələb kimi ortaya qoyur. Konstitusiyanın 23 maddəsinə edilən dəyişikliklərə, eyni zamanda əlavə olunan 6 maddəyə diqqət yetirdikdə qeyd olunan vəzifələrin prioritetliyi qabarıq şəkildə özünü büruzə verir. Bu mənada, zərurətdən irəli gələrək Konstitusiyaya əlavə və dəyişikliklərin edilməsi labüd hesab olunur".

Çıxışının sonunda Ş.Hacıyev hər kəsi sentyabrın 286-da keçiriləcək referendumda fəal iştirak etməyə, həmrəylik nümayiş etdirməyə və ümumxalq səsverməsi günü dəyişikliklərə "HƏ" deməyə çağırıb.

Salyan rayonu

Sentyabrın 23-də "Yeni Azərbaycan" referendum üzrə təşviqat qrupunun Azərbaycan Respublikasının Konstitusiyasına nəzərdə tutulan əlavə və dəyişikliklərlə bağlı Salyan rayonunda seçicilərlə görüşü keçirilib.

Görüşü giriş sözü ilə açan YAP Salyan rayon təşkilatının sədri Rəşad Cəbrayılov bildirib ki, sentyabrın 26-da keçiriləcək ümumxalq səsverməsi ölkəmizin siyasi həyatına, idarəetmə orqanlarının fəaliyyətinə yeni inkişaf tendensiyası gətirəcək: "Əminəm ki, hər zaman Ulu Öndər Heydər Əliyev ideyalarına sadiqliyi ilə seçilən və Prezident İlham Əliyevin həyata keçirdiyi siyasəti dəstəkləyən salyanlılar sentyabrın 26-da da fəallıq göstərərək təklif olunan əlavə və dəyişiklikləri dəstəkləyəcəklər".

Görüşdə YAP Siyasi Şurasının üzvü, "Yeni Azərbaycan" referendum üzrə təşviqat qrupunun səlahiyyətli nümayəndəsi Vüqar Rəhimzadə çıxış edərək bildirib ki, dövlətin hüquqi bünövrəsinin möhkəm və sarsılmaz olması onun davamlı və uzunmüddətli mövcudluğunun əsas şərtidir. Buna görə də Azərbaycan Respublikasının Konstitusiyasında müddət keçdikcə dəyişikliklər edilməsi və onun təkmilləşdirilməsi qaçılmaz haldır. Odur ki, sentyabrın 26-da Azərbaycan Respublikasının Konstitusiyasına əlavə və dəyişikliklər edilməsi üçün ümumxalq referendumu keçiriləcəkdir.

Tədbirdə Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzi İctimai Birliyinin sədri İlham İsmayılov çıxış edərək bildirdi ki, təklif olunan 23 dəyişikliyin 16-sı, yəni, dörddən üçü insan hüquq və azadlıqlarının qorunması mexanizminin təkmilləşdirilməsi ilə əlaqədardır. Hesab edirəm ki, təkcə bu fakt özlüyündə Konstitusiyaya bəzi dəyişikliklərlə əlaqədar irəli sürülmüş təşəbbüsün mahiyyətini və mənasını dəqiq ifadə edir.

Tədbirdə çıxış edən seçicilər Konstitusiyaya təklif olunan dəyişiklik və əlavələrlə tanış olduqlarını və ona səs verəcəklərini bildiriblər.

İmişli rayonu

Sentyabrın 23-də İmişli rayonunda Referendum üzrə "Yeni Azərbaycan" təşviqat qrupunun Azərbaycan Respublikasının Konstitusiyasına nəzərdə tutulan əlavə və dəyişikliklərlə bağlı seçicilərlə görüşü keçirilib.

Görüşdə çıxış edən YAP İmişli rayon təşkilatının sədri Səfa Ağayev bildirib ki, Azərbaycanda müstəqil dövlətçiliyin sürətlə və hərtərəfli şəkildə inkişaf etməsi və ölkəmizin beynəlxalq əlaqələrinin genişlənməsi, eyni zamanda, dünya birliyində gedən müasir proseslər dövlət idarəetməsində və cəmiyyət həyatında daim yeni islahatların aparılmasını tələb edir: "Azərbaycan Respublikası müstəqillik dövründə cəmiyyətin inkişafından doğan, zamanın sifarişi kimi meydana çıxan çağırışların işığında məqsədyönlü şəkildə keçirilən ardıcıl və genişmiqyaslı islahatların sayəsində irəli gedərək bugünkü yüksək inkişaf mərhələsinə gəlib çatıb. Daha doğrusu, inkişafın hər yeni mərhələsi növbəti islahatlara tələbatları doğurmuş və həmin islahatların həyata keçirilməsi də, öz növbəsində, böyük inkişafa təkan verib".
Tədbirdə Milli Məclisin deputatı Əsabil Qasımov çıxış edərək bildirib ki, Konstitusiyanın cəmiyyətin müxtəlif sahələrində baş verən dəyişikliklərə adekvatlılığı sabit və davamlı inkişaf üçün mühüm əhəmiyyət kəsb edir: "Bunun nəticəsidir ki, Konstitusiya islahatları cəmiyyətin inkişafına müvafiq olaraq vacib xarakter alır. Bu, ictimai münasibətləri səmərəli tənzimləməyə imkan verir, demokratik və hüquqi dövlətin etibarlı hüquqi mexanizmlərinin formalaşmasını təmin edir.
Görüşdə çıxış edən İmişli seçiciləri Konstitusiya islahatlarının ölkəmizin milli maraqlarına xidmət etdiyini diqqətə çatdıraraq, sözügedən Konstitusiya dəyişikliklərinə səs verəcəklərini bildiriblər.

Beyləqan rayonu

Referendum üzrə "Yeni Azərbaycan" təşviqat qrupunun Azərbaycan Respublikasının Konstitusiyasına nəzərdə tutulan əlavə və dəyişikliklərlə bağlı həm ilk dəfə səs verən seçicilərlə, həm də ənənəvi seçicilərlə ayrı-ayrılıqda görüşləri keçirilib. Hər iki görüşü giriş sözü ilə açan YAP Beyləqan rayon təşkilatının sədri Rəfael Pəsiyev bildirib ki, Konstitusiyaya dəyişikliklər Azərbaycanda demokratik proseslərin daha da sürətlənməsinə yardım edəcək: "Dəyişikliklər insan haqlarının qorunmasına, Azərbaycanda idarəçilik sisteminin möhkəmlənməsinə yeni imkanlar açacaq. Dünyada və regionda gedən proseslər tələb edir ki, Konstitusiyada vacib olan dəyişikliklər edilsin. Yəni, təqdim olunan Konstitusiya dəyişikliyi zərurətdən irəli gəlib və yeni inkişaflara hüquqi əsaslar yaradacaqdır"

Görüşlərdə çıxış edən "Yeni Azərbaycan" referendum üzrə təşviqat qrupunun səlahiyyətli nümayəndəsi, Milli Məclisin deputatı Şahin İsmayılov bildirib ki, dövlətimizin başçısının Azərbaycan Konstitusiyasına dəyişiklik təşəbbüsü ilə çıxış etməsi ölkənin daha dinamik inkişafı, sosial-iqtisadi rifahın təminatlı yüksəlişi, insan hüquqlarına hörmət prinsipinin möhkəmləndirilməsi istiqamətində atılmış növbəti addımdır:"Ölkə başçısının təşəbbüslərinin təhlili göstərir ki, onlar dövlət idarəçiliyinin çevikliyini əhəmiyyətli dərəcədə artıracaq, Azərbaycanın qarşısında duran siyasi, iqtisadi və sosial prioritetlərə daha səmərəli çatılmasını təmin edəcək. Dünya təcrübəsi aydın sübut edir ki, vitse-prezidentlik institutu dövlət idarəçiliyinin səmərəliliyinə və çevikliyinə xidmət edən əsas amillərdən biridir. Azərbaycan Respublikası Prezidentinin səlahiyyət müddətinin yeddi ilədək artırılması təcrübəsi hazırda dünya miqyasında geniş tətbiq edilməkdədir. Ölkəmizin hazırkı dinamik inkişafı mərhələsində qarşıda duran böyük ideyaların reallaşdırılması üçün prezidentin səlahiyyət müddətinin artırılması zamanın tələbi kimi nəzərdən keçirilməlidir. Azərbaycan Respublikasında Prezidentin səlahiyyət müddətinin 5 ildən 7 ilədək uzadılması digər pozitiv tərəfləri ilə yanaşı, milli iqtisadiyyatın daha yüksək templə inkişafını təmin edəcək uzunmüddətli dərin islahatların həyata keçirilməsi baxımından da olduqca əhəmiyyətlidir".

Şahin İsmayılov seçiciləri daha fəal olmağa və Konstitusiya dəyişikliklərini dəstəkləməyə səsləyib. O əmin olduğunu bildirib ki, beyləqanlılar Konstitusiya islahatlarına yekdilliklə "HƏ" deyəcəklər.

Hər iki görüşdə çıxış edən seçicilər təklif olunan dəyişikliklərin yeni inkişaflara və uğurlara zəmin yaradacağını ifadə edərək Konstitusiya islahatlarına yekdilliklə səs verəcəklərini söyləyiblər.

Biləsuvar rayonu

Yeni Azərbaycan Partiyası Biləsuvar rayon təşkilatının akt zalında "Yeni Azərbaycan" referendum üzrə təşviqat qrupunun Konstitusiyaya təklif olunan əlavə və dəyişikliklərlə bağlı təbliğat-təşviqat tədbirləri çərçivəsində qadın seçicilərlə görüşü keçirilib.

Görüşdə çıxış edən YAP Biləsuvar rayon təşkilatının sədri Kamil Mirzəyev referenduma çıxarılan məsələlər, ümumxalq səsverməsinə çıxarılacaq Əsas Qanunumuza əlavə və dəyişikliklərlə bağlı geniş məlumat verib. O, Biləsuvar rayonunda referendumla əlaqədar fəal təbliğat işlərinin aparıldığını qeyd edərək təklif olunan əlavə və dəyişikliklərin ölkəmizin gələcək inkişafında mühüm rola malik olacağını bildirib: "Konstitusiyamıza ediləcək dəyişikliklər insan hüquq və azadlıqlarının təmin edilməsi, ölkəmizin demokratik dəyərlərinin və vətəndaş cəmiyyətinin daha da təkmilləşdirilməsinə şərait yaradacaqdır".

Görüşdə çıxış edən YAP Siyasi Şurasının üzvü, "Yeni Azərbaycan" təşviqat qrupunun səlahiyyətli nümayəndəsi, Milli Məclisin deputatı Mirkazım Kazımov Konstitusiyaya nəzərdə tutulan əlavə və dəyişikliklərin zəruriliyindən söz açıb: "Konstitusiyaya təklif edilən dəyişikliklər ölkədə demokratik təsisatların fəaliyyətinin və bütövlükdə, idarəetmə sisteminin təkmilləşdirilməsinə və insan hüquq və azadlıqlarının təminatına xidmət edir. Referendumun keçirilməsi günün və zamanın tələbidir. Nəzərədə tutulan dəyişikliklərin idarəçilikdə yeni islahatlara təkan verəcəyini, Azərbaycana daha da uğur gətirəcəyini əminliklə deyə bilərəm".

Təklif olunan 23 dəyişikliyin 16-nın sırf insan hüquq və azadlıqlarının qorunması ilə əlaqədar olduğunu bildirən səlahiyyətli nümayəndə onların məzmununu seçicilərə ətraflı izah edib.

Görüşdə çıxış edən YAP Siyasi Şurasının üzvü, "Yeni Azərbaycan" təşviqat qrupunun səlahiyyətli nümayəndəsi, "İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə bildirib ki, sosial-iqtisadi sahənin daha da inkişaf etdirilməsi, siyasi sistemin təkmilləşdirilməsi, ölkənin təhlükəsizliyinin, milli maraqlarının və insanların hüquq və azadlıqlarının daha etibarlı şəkildə qorunması baxımından Konstitusiyaya təklif edilən dəyişikliklər günün reallığıdır: "Bu mənada hər bir Azərbaycan vətəndaşı, eləcə də qadınlar Konstitusiyaya təklif edilən əlavə və dəyişiklikləri dəstəkləməlidir".

QOBUSTAN

Bu gün Referendum üzrə "Yeni Azərbaycan " Təşviqat Qrupu Qobustan rayonunda qadın seçicilərlə görüş keçirilib. Tədbiri giriş sözü ilə açan YAP Qobustan rayon təşkilatının və Referendum üzrə "Yeni Azərbaycan" Təşviqat Qrupunun Qobustan rayon şöbəsinin sədri Füzuli Gülaliyev Konustitusiyaya təklif olunan əlavə və dəyişikliklərlə bağlı məlumat verib.

Qeyd edib ki, Konstitusiyaya nəzərdə tutulan əlavə və dəyişikliklərin bir çox sahələrdə yeni keyfiyyət standartlarının yaranmasına səbəb olacaq: "Konstitusiya ilə bağlı 29 məsələ vətəndaşların müzakirəsinə təqdim olunacaq ki, onlardan 23-ü dəyişikliklər, 6-sı isə əlavələrdir. Təklif olunan əlavə və dəyişikliklər bir çox istiqamətləri əhatə edir. Referendum Aktı layihəsində əksini tapan məsələlər sahibkarlıq, insane hüquqları, təhlükəsizlik, idarəetmə və digər sahələrdə müasir dövrün tələblərinə cavab verən islahatların həyata keçirilməsini təmin edəcəkdir. Bütövlükdə isə təklif olunan əlavə və dəyişikliklər hüquqların etibarlı təminatçısı olacaq,idarəetmə sisteminin daha da təkmilləşməsinə mühüm töhvələr verəcək".

Z.Gülalıyev Qobustan rayon qadınlarının daha fəal olımağa çağırıb və əminliklə vurğulayıb ki, ölkə vətəndaşları o cümlədən qadınlar sentyabrın 26- da Referendum Aktına səs verəcəklər.

Görüşdə YAP Qobustan rayon qadınlar şurasının üzvü Zümrüd Şərifova çıxış edərək Konustitusiya islahatlarının əhəmiyyətindən söz açıb. Bildirib ki, YAP Qobustan rayon təşkilatında təmsil olunan 680 nəfərdən çox qadının da rayonun ictimai-siyasi həyatında aktiv iştirak edir. Z.Şərifova qarşıdan gələn Ümumxalq səsverməsində də məhz belə olacağına inandığını vurğulayaraq Konustitusiya dəyişiklikləri Azərbaycanın gələcəyi, ölkəmizdə idarəetmənin keyfiyyətcə yeni mərhələyə daşınması, insan hüquqlarının daha yaxşı təmin olunması ,milli və dövlət təhlükəsizliyi baxımından olduqca əhəmiyyətli olduğunu qeyd edib. Z.Şərifova seçici ləri, o cümlədən qadınları Referendum ilə əlaqədar Konstitusiyamıza əlavə və dəyişiklik ediləcək 26 sentyabrda seçki məntəqələrinə gələrək səs verməyə çağırıb.

Görüşdə qadın seçicilərdən Nahidə Kərimova, Mətanət Abdulxalıqova və digərləri çıxış edərək Müstəqil Azərbaycan Konstitusiyasına təklif olunan əlavə və dəyişiklikləri bəyəndiklərini, 26 sentyabr 2016- cı il tarixdə keçiriləcək Referendumda edilən dəyişiklik və əlavələrə səs verəcəklərini bildiriblər.