Maradona Dubay klubunun baş məşqçisi olacaq?

16 May 2011 17:40 (UTC+04:00)

Pul o qədər şirin şey imiş ki, artıq ona təslim olmayacaq bir ulduz qalmayıb. Siasport.az saytı xəbər verir ki, bunların arasında dünya futbolunun argentinalı ulduzu Diyeqo Maradona da var. Məsələ burasındadır ki, argentinalı futbol ulduzu D.Maradona, sonuncu dünya çempionatında Almaniya yığmasına rüsvayçı hesabla uduzduqdan sonra, futbol üzrə Argentina yığma komandasının baş məşqçisi postundan istefa vermişdi. Amma görünən odur ki, pulsuz qalmaq onu da bezdiribmiş. "Röyter" agentliyi xəbər verir ki, D.Maradona çox güman ki, gələn mövsümdən Dubayın "Al Vasl" futbol klubunun sükanı arxasına keçəcək. Argentinalıya yaxın dairələrdən "Röyter" agentliyinə sızan məlumatda deyilir ki, D.Maradonanın özü də bu təklifə razılıq vermək istəyir. Çünki, ərəb klubu ona fantastik məbləğdə pul təklif edir. Həttda, qaynaq xəbər verir ki, ərəb klubu ilə D.Maradona arasında 85 faiz bütün detallar razılaşdırılıb.