Tərtərdə yanğın olub

23 Sentyabr 2016 09:17 (UTC+04:00)

Tərtər rayonu, Dəmirçilər kəndində vətəndaşa məxsus ümumi sahəsi 180 m2 olan birmərtəbəli 5 otaqlı olan evin mətbəxinin yanar konstruksiyaları 50 m2 sahədə yanıb. SİA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.