“Araz” 7-ci dəfə Azərbaycan çempionu adını qazanıb

16 May 2011 14:35 (UTC+04:00)

Futzal üzrə ölkə çempionatının yüksək liqasında sonuncu – XX turun 1 oyunu keçirilib. Siasport.az saytı xəbər verir ki, "Araz" turnir cədvəlində ən yaxın izləyicisi olan "Neftçi" İSM komandasını 6:5 hesabı ilə məğlub edib. Bu nəticədən sonra "Araz" 7-ci dəfə Azərbaycan çempionu adını qazanıb.