Müraciətlərin 63%-i müsbət həll olunub

22 Sentyabr 2016 10:47 (UTC+04:00)

2016-cı ilin avqust ayı ərzində vergi orqanlarına 6 503 müraciət daxil olub. Vergilər Nazirliyindən SİA-ya verilən məlumata görə, müraciətlərdən 94%-i ərizə, 5,8%-i şikayət, 0,2-i% təklifdir. Müraciətlərin 37,9%-i müxtəlif arayışların alınması, 29,3%-i kameral vergi yoxlamaları, 6,5%-i vergi borcları, 2,6%-i vergidən yayınma və dividendlərin verilməsi, 1,9%-i səyyar vergi yoxlamaları, 1,1%-i qəbulla bağlı, 1,3%-i nağd hesablaşmaların aparılması qaydalarının pozulması, 0,5%-i işlə təmin edilməklə bağlı, 0,6%-i qanunsuz sahibkarlıq fəaliyyəti, 0,3%-i vergi orqanlarının vəzifəli şəxslərinin hərəkəti (hərəkətsizliyi), 0,4%-i korrupsiya hüquqpozmaları, 16,1%-i digər məsələlərlə bağlıdır.

Bütün müraciətlərə vaxtında baxılıb, onların 62,6%-i müsbət həll olunub.

Hesabat dövründə vergi orqanları tərəfindən ümumilikdə 303 vətəndaş qəbul edilərək, onlara qanunvericilik çərçivəsində lazımi köməklik göstərilib və ya müvafiq izahatlar verilib.