Moskvada helikopter qəzaya uğradı, 3 nəfər öldü

22 Sentyabr 2016 04:05 (UTC+04:00)

Dünən Moskva yaxınlığında helikopterin qəzaya uğraması nəticəsində 3 nəfər ölüb. APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, insident Lıtkarino şəhərində qeydə alınıb. Helikopterin Rusiya FHN-nin axtarış-xilasetmə aviasiya mərkəzinə məxsus olduğu bildirilir. Qəzanın başvermə səbəbləri araşdırılır.