Yığma komandamız yoldaşlıq oyunu keçirəcək

13 May 2011 16:44 (UTC+04:00)

Bakı şəhərində təşkil olunmuş təlim-məşq toplanışı çərçivəsində 16 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması yoldaşlıq oyunu keçirəcək. Siasport.az saytı xəbər verir ki, komandamız sabah – mayın 14-də, saat 16:00-da, Mərdəkandakı "Dalğa" stadionunda gürcüstanlı həmyaşıdları ilə qarşılaşacaq.