Venesiya Komissiyası yekun rəyi oktyabrda verəcək

21 Sentyabr 2016 13:02 (UTC+04:00)

Venesiya Komissiyası Azərbaycanda Konstitusiyaya əlavə və dəyişikliklərlə bağlı keçiriləcək referendumla bağlı yekun rəyi oktyabrın ortalarında plenar sessiyada qəbul edəcək.

SİA xəbər verir ki, bu barədə RİA-Novosti agentliyi məlumat verib.

Qeyd edək ki, Venesiya Komissiyasının saytında plenar iclasın oktyabrın 14-də keçiriləcəyi barədə məlumat var.