Yuğ Dövlət Teatrında "Kafkadan salam" tamaşası oynanılacaq. SİA-nın məlumatına görə, sentyabrın 22-də olacaq tamaşanın quruluşçu rejissoru əməkdar incəsənət xadimi, mərhum Vaqif İbrahimoğludur. Tamaşada əməkdar artistlər Vidadi Həsənov, Fərhad İsrafilov, Sonaxanım Mikayılova, Gülzar Qurbanova, Yaqut Paşazadə, aktyorlar Hikmət Rəhimov və Qasım Nağı çıxış edir.
Qeyd edək ki, mərhum rejissor Vaqif İbrahimoğlu ölümündən əvvəl tamaşanı Frans Kafkanın "Hökm" novellasının motivləri əsasında hazırlayıb.