Altıncı "G2" dərəcəli yarışda millimiz 15 taekvondoçu ilə təmsil olunacaq. Baş məşqçi Mamed Abdullayev və böyük məşqçi Zahid Məmmədov dünya birinciliyindən əvvəl oğlanlardan Murad Muradov (46 kq), Ayaz Qəmbərli və Bəhruz Quluzadə, Cavid Məmmədov (hər üçün 48 kiloqram), Əli İsazadə (51 kq), Qaşım Maqomedov (55), Nurlan Fətəliyev (59 kq), Nicat Musayev (63 kq), Əliəsgər Əliyev (68 kq), Mert Çiçek (73 kq) və Fərhan Məmmədliyə (78 kq) şans verəcək.
Qızlardan isə Mehriban Məmmədova (42 kq), Aliyə Zeynalova (44 kq), Nərgiz Mirzəyeva, Mirvari Qəmbərli (hər ikisi 46 kiloqram), Leyla Məmmədova, Diana Haçıəliyeva (hər ikisi 49 kiloqram) və Şəms İsayeva (52 kq) mükafatlar uğrunda mübarizə aparacaq.