Murad Bozun ata olacağı xəbər yalan çıxdı

20 Sentyabr 2016 12:02 (UTC+04:00)

Xəbər verdiyimiz kimi, Türkiyənin məşhur cütlüyü müğənni Murad Boz və aktrisa Aslı Enver xəstəxanaların birindən çıxarkən görüntülənmişdi. SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, Aslının hamilə olduğu deyilirdi. Deyilənlərin yalan olduğu ortaya çıxıb. Belə ki, aktyor Şahan Gökbahar M.Bozun İnstaqram hesabına "Aslıyla tezliklə yuva qurub atalığın dadını yaşa, qardaşım" yazıb. Yalan xəbərə əsəbiləşən müğənni Şahan da daxil olmaqla bütün təbrik mesajlarını silərək şərh yazılmasına qadağa qoyub.