Bərə batdı Tailandda - VİDEO

20 Sentyabr 2016 09:33 (UTC+04:00)

Tailanda bərənin batması nəticəsində ölənlərin sayı 18-ə çatıb. 8 nəfərin taleyi barədə məlumat yoxdur. Xilasedicilər itkin düşənlərin axtarışlarını davam etdirir. Bildirilir ki, Çao Praya çayında baş verən qəza zamanı yaralanan 46 sərnişindən 10-un vəziyyəti ağırdır.

Qeyd edək ki, bərədəki sərnişinlərin hamısı müsəlmanlar olub. Onlar Müqəddəs Qurban bayramı münasibətiylə təşkil olunan tədbirdən qayıdırmış.