"Bakı" Lənkərana yola düşüb

12 May 2011 09:45 (UTC+04:00)

"Xəzər Lənkəran"la Premyer Liqa oyununa hazırlıqlarını davam etdirən "Bakı" klubu paytaxtda son məşqini keçirib. Siasport.az saytı xəbər verir ki, klubun təlim-məşq bazasında baş tutan məşqdə Azərbaycanın 19 yaşlılardan ibarət milli komandasına dəvət alan iki futbolçu - Nurlan Novruzov və Rəhman Hacıyev, həmçinin, icazəli olan qapıçı Aqil Məmmədov iştirak etməyib.
Fiziki təmrinlər və topla çalışmalar üzərində qurulan məşq bir saat davam edib.
Qeyd edək ki, komanda bu gün saat 09:30-da Lənkəran şəhərinə yola düşüb.
"Bakı" sabah saat 18:30-da oyunun keçiriləcəyi Lənkəran şəhər stadionunda məşqə çıxacaq.