Con Kerri Əsəd ordusunun açıqlamasına münasibət bildirdi

20 Sentyabr 2016 01:32 (UTC+04:00)

Suriyada atəşkəs rejimi tez-tez pozulsa da, hələ də davam edir. Axar.az xəbər verir ki, bunu ABŞ Dövlət katibi Con Kerri Suriya ordusunun atəşkəslə bağlı açıqlamasına münasibət bildirərkən deyib. "Ötən 7 gündə humanitar yardımları çatdırmağa nail olmadıq. Suriya ordusunun nümayəndələri atəşkəslə bağlı mediaya açıqlama vermək yerinə, bu razılaşmanı müzakirə edənlərlə danışsaydılar, daha yaxşı olardı. Məncə, səhnədə oynamağın vaxtı bitib. Humanitar yardımların lazımi ərazilərə çatdırılması üçün çalışmağın vaxtı çatıb", – Kerri bildirib. Qeyd edək ki, Suriya ordusu tərəfindən yayılan açıqlamada atəşkəs rejiminin bitdiyi vurğulanmışdı.