Almaniyanın "Bayern Münhen" futbol klubunun türkiyəli forvardı Hamit Altıntopa İspaniyanın "Real Madrid" futbol klubundan heç bir transfer təklifi gəlməyib. Siasport.az saytı xəbər verir ki, bu barədə türkiyəli futbolçunun meneceri Fazeli açıqlama verib. O bildirib ki, futbol üzrə Türkiyə milli komandasının da üzvü olan H.Altıntopun transferində Almaniyanın "Ştutqart", eyni zamanda Türkiyənin "Beşiktaş" və "Fənərbaxça" futbol klubları daha çox maraqlıdır. Mətbuatda çıxan xəbərləri təkzib edən menecer diqqətə çatdırıb ki, hansı kluba gedəcəyini futbolçunun özü qərar verəcək və uzağı avqust ayına qədər H.Altıntopun transfer olunacağı klub müəyyənləşəcək.