Türkiyə Super Liqasında 15 mayda öz meydanında qarşılaşacağı "İstanbul BB"-lə oynayacağı matçın hazırlıqlarına başlayan "Trabzonspor" baş məşqiçi Şenol Günəş rəhbərliyi ilə "Mehmet Əli Yılmaz" adına bazada məşqlərə başlayıb. Siasport.az saytı xəbər verir ki, məşqdə ABŞ-da əməliyyat olan qapıçı Onur və Polşadan müalicədən qayıdan polşalı Pyotr Brozek də iştirak edib.
"Trabzonspor"un futbolçusu Ferhat Öztorun komanda yoldaşları ilə birgə doğum gününü qeyd edib. Meydanın mərkəzinə gətirilən tortu kəsən futbolçu tortdan ilk payı Şenol Günəşə verib.
Məşqdən sonra mətbuata açıqlama verən İbrahim Yattara haqqında çıxan transfer xəbərlərini təsdiqləyib. Belə ki, Səudiyyə Ərəbistanın "Əl Şabab" kulubu ilə razılaşdığını təsdiqləyən futbolçu bir jurnalistin "istidə oynamaq çətin olmayacaq ki?" sualına "doğulduğum yer də isti idi heç bir çətinliyi olmayacaq" ,-deyə cavab verib.