Diqqət: Xiyar qızdırma və şiş əleyhinə effektli vasitədir

18 Sentyabr 2016 07:04 (UTC+04:00)

Xiyar barəsində bilmədiklərimiz çox şey var. Bu məhsulun faydalı tərəfləri haqqında alimlər zaman -zaman fikirlərini söyləyiblər. Elmi baxımdan da bu məhsulun faydaları isbat olunub.

Xiyar demək olar ki, 95% sudan ibarətdir. O, susuzluğu çox gözəl yatızdırır. Qalan 5-6 faiz isə faydalı mineral və vitaminlər toplusudur. Xiyarda B2 vitaminin miqdarı turpdakından, B1 vitaminin miqdarı çuğundurdakından, yodun miqdarı isə digər tərəvəzlərdəkindən qat-qat çoxdur. Həm də xiyarın tərkibində qlükoza, fruktoza, nişasta, askorbin turşusu (vitamin C), A, C, E, PP, H vitaminləri, karotin, xlorofil, kalium, kalsium, fosfor, maqnezium, dəmir var. 8-12 günlük toxumluq xiyar pəhriz və müalicəvi xüsusiyyətlərə də malikdir. Xiyarda kaliumun üstünlük təşkil etməsi onun qəbulundan sonra orqanizmdə suyun hərəkətinin sürətlənməsinə səbəb olur. Xiyar güclü sidikqovucu xüsusiyyətlərə də malikdir, orqanizmdəki kiçik həcmli şişləri kənarlaşdırır, arterial təzyiqi aşağı salır, ürək ritminin pozğunluqları zamanı müsbət təsir edir. Təbii şəraitdə yetişdirilən xiyar istixanalarda yetişdirilən xiyarlardan qat-qat xeyirlidir. Xiyar ağrıkəsici, yüngülləşdirici xüsusiyyətlərə malik olmaqla yanaşı qızdırma və şiş əleyhinə effektli vasitədir.