"Rabitə" daha bir oyunçusu ilə müqavilənin müddətini uzadıb

10 May 2011 16:35 (UTC+04:00)

Qadın voleybolçular arasında Azərbaycan Super Liqasının qalibi "Rabitə" daha bir oyunçusu ilə müqavilənin müddətini uzadıb. Siasport.az saytı xəbər verir ki, Sanya Staroviçlə yeni müqavilə imzalayıb.
Anlaşmaya əsasən, 28 yaşlı serb voleybolçu daha bir il "Rabitə"nin şərəfini qoruyacaq. Bununla da 195 sm boyu olan Staroviç Azərbaycanda dördüncü mövsümünü keçirəcək. Bu müddətdə o, "Rabitə"nin heyətində 3 dəfə Azərbaycan çempionu olub, "CEV Kuboku"nun bürünc və Çempionlar Liqasının isə gümüş medalını qazanıb.
Qeyd edək ki, "Rabitə" dünən millimizin üzvü Natalya Məmmədova, ukraynalı İrina Jukova, amerikalı Kimberli Qlass və serb voleybolçular - Silviya Popoveç, Mira Qoluboviç, Nataşa Krsmanoviçlə yeni, 1 illik müqavilə imzalamışdı.