“Boko Haram”ın 38 silahlısı məhv edilib

17 Sentyabr 2016 08:09 (UTC+04:00)

Nigerdə "Boko Haram" qruplaşmasının 38 silahlısı məhv edilib. TASS agentliyi xəbər verir ki, bu barədə Niger Müdafiə Nazirliyinin nümayəndəsi Mustafa Ledra bildirib.

O qeyd edib ki, ölkənin cənub-şərqindəki Diffa əyalətində terrorçulara qarşı həyata keçirilən hərbi əməliyyat zamanı Niger ordusunun 2 hərbçisi yaralanıb.

Əməliyyat nəticəsində terrorçulara məxsus külli miqdarda silah-sursat götürülüb.