"Ukrayna yaxın zamanlarda NATO üzvü olmayacaq." Bu açıqlama ilə "Novoye Vremya" jurnalına müsahibəsində Almaniyanın Ukraynadakı səfiri Ernst Rayxel çıxış edib. Onun sözlərinə görə, Ukrayna hələlik NATO-ya üzv olmağa hazır deyil. O, Alyansın öz qapılarını Ukraynanın üzünə heç bir zaman bağlamayacağını da bildirib.