Pentaqon açıqladı: “İŞİD-in “informasiya naziri” öldürülüb

17 Sentyabr 2016 00:32 (UTC+04:00)

Rəsmi Vaşinqton İŞİD terror qruplaşması barədə yeni məlumat açıqlayıb. Məlumatda deyilir ki, sentyabrın 7-də Suriya ərazisində endirilən hava zərbəsi nəticəsində İŞİD terror qruplaşmasının liderlərindən biri məhv edilib. Bu barədə Pentaqonun nümayəndəsi Piter Kuk bəyan edib. "İŞİD-in "informasiya naziri" hesab edilən Salman əl-Fayad Rakka şəhəri yaxınlığında məhv edilib", deyə P.Kuk bildirib.