"Real"ın baş məşqçisi Joze Maurinyo, UEFA Çempionlar Liqasının yarımfinalında "Barselona" ilə qarşılaşmadan sonra səsləndirdiyi fikirlərə görə 5 oyun cəzalandırılıb. Siasport.az saytı xəbər verir ki, məşhur portuqaliyalı futbol mütəxəssisinin son bir həftə ərzində UEFA-nın ünvanına səsləndirdiyi ittihamlar, artıq Avropanın ali futbol qurumundakı rəsmilərin də səbrini əndazədən çıxarıb. Verilən məlumata görə, UEFA-nın müvafiq qurumları "Real"-ın baş məşqçisinin ittihamlarını araşdırmaq üçün yeni komissiya yaratmağı da planlaşdırır.