Pakistanda partlayış nəticəsində həlak olanların sayı 25-ə çatıb

16 Sentyabr 2016 18:34 (UTC+04:00)

Pakistanın Əfqanıstanla sərhəddə yerləşən Muxmad dairəsində ibadət vaxtı məsciddə baş verən partlayış nəticəsində 25 nəfər həlak olub, 25-dən çox insan yaralanıb. Partlayış nəticəsində məscidin bir hissəsi və balkon uçub, insanlar dağıntılar altında qalıb. Onların xilas olunması işi davam etdirilir.

Partlayışa görə məsuliyyəti hələlik heç bir qruplaşma öz üzərinə götürməyib.