U-19-un Frankfurta gedəcək heyəti müəyyənləşib

3 May 2011 15:04 (UTC+04:00)

Mayın 6-17-də Almaniyanın Frankfurt şəhərində 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının təlim-məşq toplanışı və laktat testi keçiriləcək. Siasport.az saytı xəbər verir ki, Berti Fotsun vətənində keçiriləcək toplanışda Rəşad Əzizov ("İnter"), Emil Balayev ("Neftçi"), Kərim Diniyev ("Neftçi"), Fuad Bayramov ("İnter"), Ruslan Tağızadə ("Abşeron"), Elşən Abdullayev ("Neftçi"), Aleksandr Qross ("İnter"), Hacı Əhmədov ("Bakı"), Nurlan Novruzov ("Bakı"), Ruslan Bədəlov ("Olimpiya", Rusiya), Slavik Alxasov ("Abşeron"), Samir Yusifov ("Lokomotiv", Rusiya), Akif Tağıyev ("Turan"), Rəhman Hacıyev ("Bakı"), Eldar Cankişiyev ("Anji", Rusiya), Ruslan Cəfərov ("İnter"), Samir Rüstəmli ("Neftçi"), Xanlar Zamanov ("İnter"), Mirsahib Abbasov ("İnter") və Elnur İsmayılov ("Daçiya", Moldova) iştirak edəcəklər.