Aktrisa avtomobilini cızan şəxsi axtarır FOTO

10 Sentyabr 2016 10:36 (UTC+04:00)

Aktrisa Pərvin Abıyevanın başına iş gəlib. SİA-nın məlumatına görə, aktrisanın 100 min AZN məbləğində olan avtomobilinə ciddi ziyan vurublar. Aktrisanın "Porsche Cayenne" markalı avtomobilini yaşadığı binanın həyətində cızıblar. O, bu haqda İnstagram hesabında yazıb: "Maşınımı hansı anasını, atasını tanımayan əclaf cızıbsa, onu tapıb, nəslini qabağına düzəcəm. Kameraları deyəsən unudub".