Rusiya vətəndaşı Tovuzda keçirilən toyda döyülüb

10 Sentyabr 2016 00:13 (UTC+04:00)

Tovuzda dünən toyda dava zamanı Rusiya vətəndaşı döyülüb. APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə bu gün rayonun Qovlar şəhərində qeydə alınıb. Şadlıq sarayında keçirilən toy məclisində qonaq qismində iştirak edən Rusiya vətəndaşı, 1982-ci il təvəllüdü Roqov Mixail Vladimiroviç müxtəlif bədən xəsarətləri alaraq Tovuz Mərkəzi rayon xəstəxanasına yerləşdirilib. Faktla bağlı Tovuz rayon Polis şöbəsində araşdırma aparılır.