"Neftçi"nin keçmiş futbolçusu Rumıniyada it qovur-FOTO

2 May 2011 16:23 (UTC+04:00)
Rumıniyanın Timişoara şəhərində beynəlxalq festivalı keçirilib.  Siasport.az saytı apasport.az-a istinadən xəbər verir ki, 27 ölkədən 150-dən artıq itin qatıldığı 3 günlük müsabiqəyə Azərbaycan futboluna tanış sima da qatılıb.
Bu, "Neftçi" klubunun sabiq yarımmüdafiəçisi Leonard Naydindir. Hazırda vətənində çıxış edən futbolçu zədədən sonra keçdiyi bərpa prosesində olduğu üçün bu yarışa qatılıb. Lakin Xuan adlı buldoq Naydinin sözünə qulaq asmayıb.
Qaçmaq əvəzinə yerində dayanan heyvanı Leonardın bütün cəhdləri də hərəkətə gətirməyib. Futbolçu iti qovub, qaçmağa məcbur edə bilməyib. Sonda isə Xuanı qucağına götürüb müsabiqədən ayrılmalı olub.