"Çempionluğu sona 3 tur qalmış əldə etsək də, bizə elə də asan başa gəlmədi"
2 May 2011 11:30 (UTC+04:00)
"Karyeramda növbəti çempionluğumu qazandım. Amma bu çempionluğun özünəməxsus yeri var". Siasport.az saytı xəbər verir ki, bu sözləri "Neftçi"nin makedoniyalı müdafiəçi İqor Mitreski deyib. O, çempionluğun asan başa gəlmədiyini qeyd edib: "Çempionluğu sona 3 tur qalmış əldə etsək də, bizə elə də asan başa gəlmədi. Mövsüm ərzində çəkdiyimiz zəhmətin bəhrəsini bu gün gördük. Avropa Çempionlar Liqasında da layiqli çıxış etməyə çalışacağıq".