Quti İstanbulu Los Ancelsə dəyişir?

1 May 2011 18:47 (UTC+04:00)

Quti Fernantez artıq İstanbulla ayrılmaqda israrlı görünür. Siasport.az saytı xəbər verir ki, dünənki "Qalatasaray" -"Beşiktaş" derbisinin 76-cı dəqiqəsində meydanı tərk edərək ehtiyat oyunçular skamyasına getmək əvəzinə birbaşa soyunub-geyinmə otağına gedən və oradan da heç kimə məlumat vermədən evinə yollanan ispaniyalı futbol ulduzu, artıq açıq-aşkar "Beşiktaş"la yollarını ayırmaqda israrlı olduğunu göstərir. Həttda onun ABŞ-ın futbol klublarından olan "Los Ancels Qalakts" klubu ilə danışıqlar aparması barədə də məlumat dolaşır. Türkiyə mətbuatı isə yazır ki, İstanbul klubunun rəhbərliyi də ulduz futbolçunun intizamsız hərəkətlərindən cana doyub və sərfəli şəkildə onunla olan müqaviləsini ləğv etməyə hazırdır.