Bahodir Nasimov AZAL-la matçda oynamaya bilər

30 Aprel 2011 10:14 (UTC+04:00)
"Neftçi" AZAL-la matçında meydana Bahodir Nasimovsuz çıxa bilər. Siasport.az saytı xəbər verir ki, "İnter"lə oyunda zədələnən, bu üzdən AZAL və "Bakı" ilə oyunları buraxan özbək forvard hələ tam sağalmayıb.
Zədəsi yaxşılaşan Nasimov daha çox fərdi qaydada məşq edir. Məşqlərə baxmayaraq, o, sintetik örtükdə ayağında ağrılar hiss etdiyindən böyük ehtimalla AZAL-la görüşü buraxmalı olacaq. "Neftçi"nin məşqçi heyəti özbəkistanlı forvardı qorumaq istəyir.//fanat.az