Almaniyanın "Şalke 04" futbol klubunun və Almaniya milli komandasının qapıçısı Manuel Neuer əllərini zədəyə qarşı sığortalayıb. Siasport.az saytı xəbər verir ki, Almaniyanın və Avropanın perspektivli qolkiperlərindən sayılan M.Neuer, əllərini 3 milyon avroya sıqortalayıb. Almaniyanın məşhur "Bild" qəzeti yazır ki, müqavilədə xüsusi ilə nəzərdə tutulub ki, əgər obyektiv və subyektiv səbəblər üzündən qolkiper futbolla vidalaşarsa, o zaman 3 milyon avro dəyərində sığorta ala biləcək.